Azəri Günelin ifasına atası ağladı

Türkiyədə və Azərbaycanda sevilən müğənni Azəri Günel ifasıyla atası Rəhmanı ağlatdı.

AzNews.az-ın məlumatına görə, bu dəqiqələrdə Türkiyənin "Kanaltürk" telekanalında yayımlanan "İkinci sayfa" verilişində qonaq olan Günel azərbaycanlı tamaşaçısının istəyi ilə ifa etdiyi Qarabağ haqqında qısa muğam parçasıyla studiyadakıları kövrəltdi. Bu zaman müğənninin atası kamera arxasında göz yaşlarını saxlaya bilməyib.

Aparıcılar Müge Dağıstanlı və Gülşən Yüksəl Günelin ifasını yüksək dəyərləndirərək, onu lirik mahnıların mahir ifaçısı adlandırdılar.

Fuad Mədətov
AzNews.az