Türkiyə parlamenti Xocalı faciəsini soyqırım kimi tanımalıdır. Türkiyə parlamenti Xocalı faciəsini soyqırım kimi tanımalıdır.

“Xocalı günümüzün məsələsidir“ - Türkiyə prezidentinin müşaviri

Türkiyə parlamenti Xocalı faciəsini soyqırım kimi tanımalıdır.


AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidentinin müşaviri Yalçın Topçu deyib.

"Xocalı günümüzün məsələsidir. Xocalı faciəsi parlamentdə soyqırım kimi qəbul edilməlidir", - deyə Yalçın Topçu bildirib.

Onun sözlərinə görə, dünya ictimaiyyəti özünü elə aparır ki, guya Xocalıda törədilən soyqırımı görmür.

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri 366-cı motoatıcı hərbi alayının köməyi ilə Xocalı şəhərində dinc əhaliyə amansızcasına divan tutub, nəticədə, 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib, yüzlərlə sakin əsir və girov götürülüb.