Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi xanım Federika Mogerini Azərbaycan Respublikasına səfər edəcək. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi xanım Federika Mogerini Azərbaycan Respublikasına səfər edəcək.

Federika Mogerini Azərbaycana gəlir

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi xanım Federika Mogerini Azərbaycan Respublikasına səfər edəcək.


Bu barədə AzNews.az-a Azərbaycan XİN-dən məlumat verilib.

29 fevral-1 mart 2016-cı il tarixində Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Mogerini Azərbaycan Respublikasına səfər edəcək.

Səfər çərçivəsində Federika Mogerininin 29 fevral 2016-cı ildə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.