ABŞ senatoru Con Makkeyn Rusiyanın Suriyadan çıxmasını “Ukraynaya qanlı bir bahar gəlir” şəklində şərh edib. Mütəxəssislərə görə də, bu addım və enerji oyunlarındakı proseslər böyük bir müharibənin xəbərçisidir. ABŞ senatoru Con Makkeyn Rusiyanın Suriyadan çıxmasını “Ukraynaya qanlı bir bahar gəlir” şəklində şərh edib. Mütəxəssislərə görə də, bu addım və enerji oyunlarındakı proseslər böyük bir müharibənin xəbərçisidir.

Putinin Suriyadan çıxmasının “pərdəarxası” – Müharibə planları haqda sensasion iddia

ABŞ senatoru Con Makkeyn Rusiyanın Suriyadan çıxmasını “Ukraynaya qanlı bir bahar gəlir” şəklində şərh edib. Mütəxəssislərə görə də, bu addım və enerji oyunlarındakı proseslər böyük bir müharibənin xəbərçisidir.


AzNews.az xəbər verir ki, Yaxın Şərq üzrə mütəxəssis prof.dr Əbubəkir Sofuoğlu "Star" qəzetinə Makkeynin bu açıqlamasını şərh edib. O, Türkiyə-Almaniya-Azərbaycan-Ukrayna-Rusiya-ABŞ xəttindəki proseslərin "Ukrayna və Qafqazda yeni bir müharibənin ayaq izləri" olduğunu bildirib.

Sofuoğlunun sözlərinə görə, Rusiyanın Suriyadan ordusunu geri çəkməsinin səbəbi Ukrayna və Azərbaycana qarşı müharibə başlatmaq istəyi ola bilər: "ABŞ-dan verilən son açıqlamada Rusiyanın Ukraynada yeni bir müharibəyə hazırlaşdığı deyildi. Rusiya şərqindəki Ukrayna və cənubundakı Azərbaycana qarşı bir müharibə üçün qoşunlarını Suriyadan geri çəkmiş ola bilər. Azərbaycanın lideri Əliyev nə üçün Türkiyəyə gəldi? Çünki telefonda danışıla bilinməyəcək mövzular var idi. Rusiya həm cənubdan, həm də şərqdən hücumla qarşı-qarşıya qalmış ola bilər. ABŞ türkiyəni bir şeyə məcbur edir. Türkiyə oraya girmir və Almaniya ilə bunu edir".

Bundan əlavə, NATO strateji kommunikasiya mütəxəssisi Janis Sarts isə Rusiyanın Avropadakı qaçqın əleyhinə faşist qrupları istifadə edərək Rusiyaya qarşı sanksiyaların ən əhəmiyyətli müdafiəçisi olan Merkeli devirmək istədiyini bildirib.

Sofuoğlu Suriyadakı böhran müddətində Rusiya ilə fikirləri üst-üstə düşməyən Türkiyə və Fransada terror aktlarının törədildiyini və Sultanahmetdəki hücumda alman turistlərin hədəf seçilməsinə diqqət çəkib və bu hücumlarla Rusiya arasındakı bağlılıqdan danışıb: "Türkiyə və Almaniya Sultanahmetdəki hücumu təşkil edənin kim olduğunu bilir. ABŞ ehtimalını da unutmamaq lazımdır. ABŞ-la Rusiya arasında yaxınlaşma var. Suriyanı paylaşdılar, amma Avropa İttifaqı və Türkiyə onlarla eyni istiqamətdə hərəkət etmir".

Aydan AXUNDOVA