Rusiya Liberal Demokrat Partiyası (LDPR) SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçovun və Rusiyanın ilk prezidenti Boris Yeltsinin siyasi fəaliyyətinin “cinayətkar və destruktiv” sayılması ilə bağlı sənəd dayihəsi hazırlayaraq Dövlət Dumasına təqdim edib. Rusiya Liberal Demokrat Partiyası (LDPR) SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçovun və Rusiyanın ilk prezidenti Boris Yeltsinin siyasi fəaliyyətinin “cinayətkar və destruktiv” sayılması ilə bağlı sənəd dayihəsi hazırlayaraq Dövlət Dumasına təqdim edib.

Qorbaçova qarşı cinayət işi qaldırıldı - Qarabağa görə

Rusiya Liberal Demokrat Partiyası (LDPR) SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçovun və Rusiyanın ilk prezidenti Boris Yeltsinin siyasi fəaliyyətinin “cinayətkar və destruktiv” sayılması ilə bağlı sənəd dayihəsi hazırlayaraq Dövlət Dumasına təqdim edib.


Sənəddə deyilir: "SSRİ-nin dağılması, millətlərarası qarşıdurmalar, çoxsaylı hərbi münaqişələr, xəstəlik və ölüm göstəricilərinin artması, narkotiklərə və alkoqola bağlı insanların artması, keçən əsrin ortalarında milyonlarla vətəndaşın həyat səviyyəsinin fəlakətli şəkildə pisləşməsi heç də təsadüfi olmayıb".

LDPR təmsilçiləri hazırladıqları sənəddə bu vəziyyətin yaranmasının əsas günahkalarının Mixail Qorbaçov və Boris Yeltsin oluğunu vuruğlayıblar: "Bu, ölkə rəhbərliyinin - əvvəlcə Mixail Qorbaçovun, sonra isə Boris Yeltsinin təzadlı və pərakəndə qərar və əməllərinin nəticəsində baş verib". LDPR təmsilçilərinin fikrincə, ölkədə vəziyyət yanlış "yenidənqurma" siyasəti və Yeltsin "islahatları" tərəfindən pisləşib.



LDPR lideri Vladimir Jirinovskinin sözlərinə görə, Dumada səsvermə zamanı sənəd parityası ilə yanaşı kommunistlər tərəfindən də dəstəklənəcək. Ancaq onun sözlərinə görə, sənədin parlamentdə qəbulu üçün çoxluğun səsi lazımdır. Bunun üçünsə sənəd Rusiya Dövlət dumasında 226 səs toplamalıdır. LDPR fraksiyasına 56 deputat daxildir, kommunistlərin isə 92 mandatı var.

Yəni istənilən halda, sənəd parlamentdən keçməyəcək. Amma buna baxmayaraq LDPR-in bu layihəsi postsovet məkanında ciddi reaksiya doğurub. Müxtəlif postovet ölkələrinin mətbuatında LDPR liderinin bəyanatı geniş şərh edilib. Rusiyanın "Voennoe obozreniye" portalının şəhrçisi Aleksey Volodin Jirinovskinin təklifini dəstəkləyərək Qorbaçovu possovet məkanında baş verən bütün "qaynar nöqtələrin" yaranmasında əsas günahkar sayıb: "Bizim gözlərimiz önündə Donbass alışıb yanır, Dağlıq Qarabağ ətrafında vəziyyət sakitləşmək bilmir, bizim gözlərmmiz önündə Şimali Qafqazda terror əcdahası yenidən baş qaldırmağa başlayır".

Lakin bütün bunlarla yanaşı, Aleksey Volodin sənədi hazırlamaqla Vladimir Jirinovskinin partiyasının əsas məqsədinin Qorbaçova qarşı cinayət işi qaldırmaq olmadığını bildirir. Onun fikrincə, Cirinovski partiyasının piarı ilə məşğuldur. Əslində isə son illərin Rusiyasının təcrüğbəsi göstərir ki, Cirinovski bu layihəni hazırlamaqla Kremlin ictimai rəyə çatdırmaq istədiyi fikirləri əks etdirir.



Fevralın ikinci yarısında məşhur kinorecissor, Oskar laureatı Nikita Mixalkov da SSRİ-ni dağıtdığına görə Mixail Qorbaçova qarşı cinayət işi qaldırmağı təklif etmişdi. Nikita Mixalkov Rusiya prezidenti Vladimir Putinin 2005-ci ildə işlətdiyi bir ifadəyə əsaslanmışdı. Vladimir Putin SSRİ-ni dağıtmağın cinayət olduğunu bildirmişdi. Yəni Jirinovskinin təklifi hardan aldığı aydındır.

Beləliklə, qoşunlarını Suriyadan çıxaran Rusiyanın postsovet məkanında fəallaşacağı aydın olur. Vladimir Putin buna görə də Kremlin qrammofonu sayılan populyar şəxslərdən istifadə edərək ictimai rəyi öz tərəfinə çəkməyə çalışır.


ans press