“Partiyanın qara qutusu açılmalıdır” “Partiyanın qara qutusu açılmalıdır”

Dəniz Baykalı MOSSAD uzaqlaşdırıb - İDDİA

“Partiyanın qara qutusu açılmalıdır”



"Dəniz Baykala qarşı oyunu MOSSAD oynadı". Belə bir iddia ilə Dəniz Baykalın yaxın dostlarından biri CHP üzvü Savcı Sayan çıxış edib. AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Sayan bildirib ki, Baykala qarşı oyun oynanıldı və bu oyunun qurucusu İsrailin kəşfiyyat xidməti MOSSAD və onun partiya daxilindəki əlaltılarıdır.

O, həmçinin partiyanın idarə heyətini Baykala qarşı soyuq münasibətdə ittiham edib: "Baykala qarşı oynanılan oyunda idarə heyəti üzvləri onu tək buraxdı və məsələni dərindən araşdırmadı. Sayan partiya daxilində MOSSAD-a işləyən üzvlərin müəyyənləşdirilməsinin vaxtının çatdığını da dilə gətirib. "Partiyanın qara qutusu açılmalıdır. Artıq bunun zamanı çatıb".

O, Baykalın hansı səbəbdən uzaqlaşdırıldığını da açıqlayıb: "Suriya sərhədində minalardan təmizlənmə İsrail şirkətinə həvalə olunmalı idi. Ancaq Baykal imkan vermədi və məhkəmə yolu ilə işi uddu. Bundan sonra ona qarşı oyun oynanıldı. Partiya isə səssiz qaldı. Partiya daxilində onlara işləyənlər olmasaydı yəqin ki, Baykalın uzaqlaşdırılması baş verməzdi".

Sayan Baykalın prezident seçkilərində namizədlik məsələsinə də toxunub: "Biz nə zaman Baykalın məsələsini qaldırsaq, onlar qadın namizədi irəli sürülməlidir".

Sadiq Musa
AzNews.az