Prezident İlham Əliyev aprelin 5-də ABŞ-ın Nevada Ştat Assambleyasının sədri Con Həmbriki qəbul edib. Prezident İlham Əliyev aprelin 5-də ABŞ-ın Nevada Ştat Assambleyasının sədri Con Həmbriki qəbul edib.

Prezident ABŞ-ın Nevada Ştat Assambleyasının sədrini qəbul etdi

Prezident İlham Əliyev aprelin 5-də ABŞ-ın Nevada Ştat Assambleyasının sədri Con Həmbriki qəbul edib.


AzNews.az xəbər verir ki, Prezident İlham Əliyev Birləşmiş Ştatlara son səfərini məmnunluqla xatırlayaraq ABŞ rəhbərliyi ilə çox səmərəli görüşlər keçirdiyini dedi və bu görüşləri ölkələrimiz arasında olan strateji əməkdaşlığın bir daha təsdiqi kimi dəyərləndirib. Dövlət başçısı ABŞ Prezidenti Barak Obamanın təşəbbüsü ilə təşkil olunan Nüvə Təhlükəsizliyi Sammitinin önəminə toxunaraq hazırda dünyada terror təşkilatları tərəfindən nüvə materiallarının əldə olunması təhdidinin meydana gəldiyi bir zamanda bu tədbirin xüsusi əhəmiyyət daşıdığını deyib. Prezident İlham Əliyev IV Nüvə Təhlükəsizliyi Sammitinin uğurla təşkil olunması münasibətilə ABŞ hökumətinə təbriklərini çatdırıb.

Dövlət başçısı ikitərəfli münasibətlərimiz çərçivəsində Azərbaycanın ABŞ-ın ayrı-ayrı ştatları, o cümlədən Nevada ştatı ilə əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib və Nevada ştatı ilə artıq dostluq münasibətlərinin qurulduğunu qeyd edib.

Nevada Ştat Assambleyasının sədri Con Həmbrik dedi: "Mən sizin gözəl ölkənizə səfərimdən və bizə göstərilən qonaqpərvərlikdən çox məmnunam". O, Prezident İlham Əliyevə Milli Məclisdə keçirdiyi görüşlər barədə məlumat verib.

Con Həmbrik Nevada ştatının parlamentinin Azərbaycana dəstək ifadə edən qətnamə qəbul etdiyini məmnunluqla xatırlayıb.