Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonunun Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonunun Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Prezident daha bir yolun tikintisinə pul ayırdı

Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonunun Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.


AzNews.az xəbər verir ki, sərəncamda qeyd olunur:

28 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 1,8 milyon (bir milyon səkkiz yüz min) manat ayrılsın.

Maliyyə Nazirliyinə və "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.