- Köhnə - Siyasət
- 6 Dekabr 2012 16:25
- 3 161
Elmar Məmmədyarov: “Qarabağda dağıdılmamış abidə qalmayıb”

APA-nın Dublinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT XİN Şurasının 19-cu iclasında çıxışı zamanı deyib.
Nazir çıxışında ATƏT məkanında təhlükəsizlik və mövcud münaqişələrin həlli məsələlərinə də toxunub. Elmar Məmmədyarov bildirib ki, Ermənistanın işğal etdiyi ərazilərdə Azərbaycan mədəniyyətinə dair dağıdılmamış abidə qalmayıb. XİN başçısı Ermənistanın Xocalı aeroportundan uçuşlara başlamaq cəhdindən narahatlıq ifadə edib və bildirib ki, bu aeroportun açılışı regionda vəziyyəti daha da gərginləşdirəcək.
Elmar Məmmədyarov bildirib ki, bu münaqişənin sülh yolu ilə həllinin alternativi yoxdur və Azərbaycan sülh danışıqlarını davam etdirməkdə maraqlıdır: "Biz ATƏT-in Minsk Qrupunun öz fəaliyyətini aktivləşdirməsini, həmsədrlərə dəstək verilməsini və bütün tərəfləri qane edən sülh sazişi üzərində işə başlamağı təklif edirik". XİN başçısı Ukraynanın 2013-cü ildə ATƏT-ə sədrlik etməsini də alqışlayıb.
AzNews.az