Roland Kobia: “Sazişdən sonrakı ilk beş il ərzində AB və Azərbaycan arasında səfər edən əlavə sərnişinlərin sayı 860000 nəfər ola bilər” Roland Kobia: “Sazişdən sonrakı ilk beş il ərzində AB və Azərbaycan arasında səfər edən əlavə sərnişinlərin sayı 860000 nəfər ola bilər”

Avropa Birliyi ilə Azərbaycan danışıqlara başlayır

Roland Kobia: “Sazişdən sonrakı ilk beş il ərzində AB və Azərbaycan arasında səfər edən əlavə sərnişinlərin sayı 860000 nəfər ola bilər”




Avropa Birliyi və Azərbaycan "Ümumi Aviasiya Məkanı Sazişi" ətrafında danışıqlara başlayır. Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, AB ilə Azərbaycan arasında Ümumi Aviasiya Məkanı Sazişi ətrafında danışıqların ilk raundu 24-25 yanvar tarixlərində Bakıda keçiriləcək.

Avropa Komissiyasının Nəqliyyat və Mobillik üzrə Baş Direktorluğundan olan rəsmiləri və Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi, eləcə də AB-yə üzv dövlətlərin nümayəndələri Dövlət Mülki Aviasiya Administrasiyası və digər nazirliklərin təmsilçiləri ilə danışıqlar aparacaq.

"Avropa Birliyi və Azərbaycan arasında aviasiya sazişi ətrafında danışıqların başlanması tək ikitərəfli əlaqələrimizin deyil, eləcə də siyasi əlaqələrimizin, iqtisadi, ticarət və insanlar arasındakı əlaqələrin qüvvətləndirilməsi baxımından mühüm addımdır. Perspektiv tədqiqata əsasən sazişdən sonrakı ilk beş il ərzində AB və Azərbaycan arasında səfər edən əlavə sərnişinlərin sayı 860000 nəfər ola bilər. Saziş nəticəsində iqtisadi faydalar əldə ediləcək. Bu, konkret fürsəti əldən qaçırmamalıyıq. AB xüsusilə də regionda artıq bir sıra ölkə ilə belə sazişlər imzalayıb. Danışıqlar masasında Azərbaycanın da eyni siyasi iradə göstərəcəyinə ümidvaram". Bu fikirlər Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobiaya məxsusdur.

Qeyd edək ki, Avropa Komissiyası 2011-ci ilin oktyabr ayında AB ilə Azərbaycan arasında Ümumi Aviasiya Məkanı Sazişi ətrafında danışıqlar aparmaq üçün AB-yə üzv olan 27 dövlətdən mandat alıb. 2011-ci ilin noyabr ayında AB-nın vitse-prezidenti Siim Kallasın Azərbaycana səfəri AB və Azərbaycanın danışıqlara başlamaq üçün öhdəlik götürdüyünü bir daha təsdiq edib. AB bir sıra qonşu ölkələrlə, o cümlədən Qərbi Balkan ölkələri, Gürcüstan, Moldova, Mərakeş, İordaniya, İsraillə eyni saziş imzalayıb, hazırda Ukrayna, Livan və Tunislə danışıqlar aparmaqdadır.

AzNews.az