- Göz önü
- 10:57
- 1 374
Bir ay əvvəl işdən çıxarılmışdı: Yüksək vəzifə verildi
Bir ay əvvəl Respublika Pediatriya Mərkəzinin direktoru vəzifəsindən azad olunan Azər Əhmədova yeni vəzifə verilib.
AzNews.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Məlumata görə, o, "Universal Hospital”ın Tibb Xidmətləri üzrə direktoru təyin edilib.
Qeyd edək ki, A.Əhmədov mayın 12-də Respublika Pediatriya Mərkəzinin direktoru vəzifəsindən azad olunub.
Həkim daha əvvəl K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda direktor müavini vəzifəsində işləyib.