Qondarma “Dağlıq Qarabağ Respublikası”nı təmsil edən komanda Soçidə “Şən və hazırcavablar klubları”nın festivalında iştirak etməyib. Qondarma “Dağlıq Qarabağ Respublikası”nı təmsil edən komanda Soçidə “Şən və hazırcavablar klubları”nın festivalında iştirak etməyib.

“Dağlıq Qarabağ Respublikası”nın komandası KVN-nin beynəlxalq festivalında iştirak etməyib - Maslyakovdan açıqlama

Qondarma “Dağlıq Qarabağ Respublikası”nı təmsil edən komanda Soçidə “Şən və hazırcavablar klubları”nın festivalında iştirak etməyib.

AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, “Şən və Hazırcavablar Klubu”nun aparıcısı Aleksandr Maslyakov belə deyib:

“Redaktorların yoxlaması nəticəsində, festivalın heç bir günündə “Dağlıq Qarabağ Respublikası”nı təmsil edən oyunçunun olmadığı aşkar edilib. Festivala dəvət KVN-nin saytı vasitəsilə qeydiyyatdan keçənlərə edilir. KVN həmişə siyasətdən kənar və millətlərarası münaqişələrin qızışmasının qarşı olub. KVN sadəcə gənclər hərəkatıdır. Təkcə Rusiyada yox, digər ölkələrdə də məşhurdur. KVN-də komandalar oynayır, dövlətlər yox ” - Maslyakov məsələyə şərh edərkən belə deyib.

Onun sözlərinə görə, KVN-nin 55 illik tarixində heç vaxt belə bir konflikt olmayıb.

Qeyd edək ki, daha əvvəl mətbuatda qondarma respublikanı təmsil edən “С хлебом и солью” və “DeleYaman” KVN komandalarının Soçidə keçirilən 28-ci Beynəlxalq KVN festivalına dəvət olunması barədə məlumatlar yayılıb. Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyənat yayaraq təəssüf və narazılığını ifadə edib.