Bərzanidən açıqlama - İstefa vermirəm

İraq kürdlərinin lideri Məsud Bərzani vəzifəsindən istefa verməsi ilə bağlı iddiaların əsassız olduğunu bildirib.

AzNews.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Məsud Bərzaninin Mətbuat müşaviri Bəxtiyar Şahi bu barədə açıqlama verərək yayılan xəbərləri təkzib edib.

Məsud Bərzani, 2016-ci ildə özünə alternativ bir namizəd olduğu halda, vəzifəsini təhvil verəcəyini bildirib. Lakin, İŞİD-lə uğurlu mübarizə apardığına görə tərəfdarları onun bu fikrindən daşındırıb.

Vəzifəsinə davam edən Məsud Bərzani bu gün Davos zirvəsinə qatılmaq üçün İsveçrəyə gedib.