Xarici işlər naziri Elmar Məmmədyarov Malayziyanın xarici işlər naziri Dato Sri Anifah Aman ilə görüşüb Xarici işlər naziri Elmar Məmmədyarov Malayziyanın xarici işlər naziri Dato Sri Anifah Aman ilə görüşüb

Elmar Məmmədyarov malayziyalı həmkarı ilə görüşdü

Xarici işlər naziri Elmar Məmmədyarov Malayziyanın xarici işlər naziri Dato Sri Anifah Aman ilə görüşüb

AzNews.az XİN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin xarici işlər nazirləri Şurasının Fövqəladə İclasında iştirak etmək məqsədilə Malayziyada səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov Malayziyanın xarici işlər naziri Dato Sri Anifah Aman ilə görüşüb.

Görüş zamanı Azərbaycan və Malayziya arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi və ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları müzakirə olundu. Nazirlər iki ölkə arasında siyasi dialoqun inkişafından, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəkdən məmnunluq ifadə etdilər.

Görüşdə tərəflər yüksək səviyyəli səfərlər və ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi məsələlərinə toxundular.

Malayziyanın xarici işlər naziri Azərbaycana səfərini və keçirdiyi məhsuldar görüşləri xatırladaraq paytaxt Bakı və Azərbaycanın inkişafının onda yüksək təəssüratlar oyatdığını diqqətə çatdırdı.

İkitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsinə toxunan nazirlər bu istiqamətdə də birgə səylərin artırılmasının vacibliyini qeyd etdilər. Ölkələrimiz arasında ticarət dövriyyəsi və sərmayə qoyuluşunun artırılması, habelə neft-qaz, sənaye, kənd təsərrüfatı, nəqliyyat, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu vurğuladılar. Enerji sahəsində əməkdaşlıq çərçivəsində Malayziyanın Petronas şirkətinin Azərbaycanda uğurlu fəaliyyəti qeyd olundu.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyətə dair həmkarına ətraflı məlumat verdi. O, Malayziyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü və suverenliyi əsasında həllinə dair Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinin yüksək qiymətləndirildiyini vurğuladı.

Görüş zamanı tərəflər həmçinin İƏT gündəliyində duran məsələlər, qarşılıqlı maraq kəsb edən digər beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi apardılar.