ABŞ-ın yeni prezidenti Donald Tramp vəzifəsinin icrasına başlayandan dərhal sonra Amerikanın xarici ölkələrdəki təxminən 80 səfirini başqa diplomatla əvəz etmədən vəzifədən çıxarıb. ABŞ-ın yeni prezidenti Donald Tramp vəzifəsinin icrasına başlayandan dərhal sonra Amerikanın xarici ölkələrdəki təxminən 80 səfirini başqa diplomatla əvəz etmədən vəzifədən çıxarıb.

Trampın Azərbaycandakı ABŞ səfiri ilə bağlı qərarı

ABŞ-ın yeni prezidenti Donald Tramp vəzifəsinin icrasına başlayandan dərhal sonra Amerikanın xarici ölkələrdəki təxminən 80 səfirini başqa diplomatla əvəz etmədən vəzifədən çıxarıb.

Virtualaz.org bildirir ki, The Independent nəşrinin məlumatına görə, Tramp tələb edib ki, sabiq prezident Barak Obama tərəfindən təyin edilmiş bütün ABŞ səfirləri yanvarın 20-də günortaya qədər öz postlarını ləngimədən tərk etsinlər.

Bununla belə, həmin qərar ABŞ-ın Azərbaycandakı səfirinə, necə deyərlər, toxunmayıb.

"Səfir Robert Sekuta ixtisara salınmış diplomatların siyahısına daxil deyil. O prezident Obamanın təyinatı yox, karyera diplomatıdır, buna görə də Sekuta Azərbaycanda öz fəaliyyətini davam etdirəcək",-deyə ABŞ səfirliyindən virtualaz.org-a bildiriblər.

AzNews.az