Türkiyənin Tel-Avivə ezam olunmuş səfiri Kamal Ökəm İsrail Xarici İşlər Nazirliyinə çağırılıb. Türkiyənin Tel-Avivə ezam olunmuş səfiri Kamal Ökəm İsrail Xarici İşlər Nazirliyinə çağırılıb.

Türkiyəli səfir Xarici İşlər Nazirliyinə çağırıldı

Türkiyənin Tel-Avivə ezam olunmuş səfiri Kamal Ökəm İsrail Xarici İşlər Nazirliyinə çağırılıb.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Qüdsə Dəstək Fondunun toplantısında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azanla bağlı İsrailə reaksiya göstərib.

Prezident "Azan qadağasının gündəmə gəlməsi utandırıcıdır. Qüds səmalarında azanın susdurulmasına icazə verməyəcəyik" demişdi.

Türkiyənin Tel-Avivə ezam olunmuş səfiri Kamal Ökəmin İsrail Xarici İşlər Nazirliyinə çağırılmasına səbəb də bununla bağlı İsrailin açıqlamasını onun özünə birbaşa çatdırmaq olub.