Dünən Moskvada 9 may Qələbə günü münasibətilə ənənə halını almış "Ölümsüz alay” yürüşü keçirilib. Dünən Moskvada 9 may Qələbə günü münasibətilə ənənə halını almış "Ölümsüz alay” yürüşü keçirilib.

Deputat ermənilərin azərbaycanlılara hücumuna görə Zaxarovanı ittiham etdi

Dünən Moskvada 9 may Qələbə günü münasibətilə ənənə halını almış "Ölümsüz alay” yürüşü keçirilib.

Yürüş zamanı keçirilmiş aksiyada ermənilərlə azərbaycanlılar arasında insident baş verib. İnsidentin yaranmasına səbəb ermənilərin meydanda qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını qaldırması olub. Azərbaycanlılar tərəfindən şifahi xəbərdarlığa məhəl qoymayan ermənilər hücuma keçməyə başlayıblar. Bununla da iki tərəf arasında dava düşüb. Dava zamanı soydaşlarımız arasında xəsarət alanlar var.

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı Icmasının İdarə Heyətinin üzvü, deputat Rövşən Rzayev Modern.az-a açıqlamasında məsələyə kəskin etirazını bildirib.

“Təəssüf ki, dünən 9 may Qələbə günü münasibətilə bütün keçmiş Sovet məkanı olan dövlətlərin bayram əhval-ruhiyyəsini pozanlar oldu. Belə ki, müharibə zamanı həyatını itirən insanların xoş xatirəsi yad edilən gündə Dağlıq Qarabağın erməni icmasının üzvləri böyük bir təxribata yol veriblər. Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə heyətinin üzvü kimi Dağlıq Qarabağın erməni icmasının bu cür təxribatlara əl atmasına son qoyulmasını tələb edirəm. Düzgün yola gəlsinlər. Bölgədə daha böyük savaşların qarşısını almaqdan ötrü konstruktiv mövqe sərgiləmək lazımdır. Ermənilər təxribatçı əməllərindən əl çəkməməklə, bölgəni təhlükədə saxlayırlar. Onları bu yola sürükləyən erməni lobbisinin rəhbərləri insanlıq naminə bu cür təxribatların qarşısını almalıdırlar”

Rövşən Rzayev Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarovanın sonuncu çıxışına da diqqət çəkib.

“Maraqlıdır ki, kimlər ermənilərə təxribata yol vermək məsələsində hansısa qüvvələr şərait yaradır?! Bir neçə müddət bundan əvvəl, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın davranışını unutmamışıq. Məhz böyük qurumun rəsmisi olan birinin etikadan kənar ifadələr işlətməsi və özünü bu cür aparmasının nəticəsi təxribata əl atılmasına gətirib çıxarır.

Digər bir məsələ asayişi qoruyan polislə bağlıdır. Təəssüflər olsun ki, asayişi qoruyan polis də ictimai asayişin pozulmasına göz yumur.

Düşünürəm ki, belə bir möhtəşəm gündə insanların əhval-ruhiyyəsini pozanlar barəsində mənəvi qiymət verilməlidir. Rusiya Xarici İşlər Nazirliyi və aidiyyatı qurumlar bununla bağlı ölçü götürməlidir”

AzNews.az