Tramp prezident İlham Əliyevə minnətdarlıq edə bilər

ABŞ prezidenti Donald Tramp rəsmi Bakıya minnətdarlığını bildirmək üçün prezident İlham Əliyevi Ağ Evə dəvət edə bilər.

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, ABŞ-ın “Washington Post” qəzetində “Caspian Group Holdings” şirkətinin baş direktoru Rob Sobhaninin bu barədə məqaləsi dərc olunub.

Məqalədə qeyd olunur ki, Amerika Birləşmiş Ştatlarının bəxti onda gətirib ki, prezident İlham Əliyev 9 milyon insanın yaşadığı müsəlman ölkəsinə rəhbərlik edir. Çünki qonşularından fərqli olaraq Azərbaycan prezidenti enerji ixracı ilə siyasi oyunlar oynamır.

Bu lider anlayır ki, əgər Ukraynada bir ailənin evi təbii qazla təmin olunmazsa, onlar həlak ola bilərlər, və ya əgər Avropanın qazı bir neçə günlük kəsilsə, qitənin sənayesi ağır zərərə uğrayar. Yaxın Şərq regionunda Qərbin enerji təhlükəsizliyi məsələsində Azərbaycan ən etibarlı tərəfdaş və zəmanətçi olub. Bu gün Vaşinqtonun tam dəstəyinə ehtiyacı olan başlanğıcını “Şah Dəniz” qaz yatağından götürən TANAP layihəsi 2020-ci ildə Avropanı 355 milyard kub fut təbbi qaz ilə təchiz edəcək. TANAP-ın geosiyasi effekti məlumdur: Azərbaycan Avropaya enerji ixrac edən uzunmüddətli etibarlı ixracatçıya çevriləcək. Bu, qitənin Qərbi özünə tabe etmək üçün qaz ixracından siyasi silah kimi istifadə edən Rusiyadan asılılığını da azaldıb. Dini tolerans azərbaycanlıların fundamental həyat tərzidir və bu millətin genetik koduna sirayət edir. Məqalədə qeyd olunur ki, Azərbaycanda insanların öz dininə ibadət etməsi üçün fundamental hüquqları dəqiqliklə təmin olunub. Amerika Birləşmiş Ştatları dini etiqad azadlığının müdafəsi məsələsində Azərbaycanı digər müsəlman ölkələrinə nümunə göstərə bilər. Dini tolerantlıqdan əlavə, Azərbaycan cəmiyyətinin daha bir məhsulu mədəniyyət turizmidir.

Müəllifin sözlərinə görə, turistlər Azərbaycanı təhlükəsiz, təmiz, tolerant və bahalı olmayan istiqamət hesab edirlər.

ABŞ-da törədilən 11 sentyabr terror aktından dərhal sonra Azərbaycan rəhbəri Heydər Əliyev Amerikanın bu ölkədəki səfiri Ross Uilsonu öz ofisinə çağıraraq ona ölkəsinin tam dəstəyini ifadə edib.Onun Amerika Birləşmiş Ştatları və Azərbaycanın qlobal terrorizmə qarşı mübarizəsi mirasını indi oğlu İlham Əliyev davam etdirir. Bu gün Amerikanın hərbi hava qüvvələri Azərbaycanın hava məkanında sərbəst uçmaq hüququna malikdir. Bu, Pentaqonun (Əfqanıstandakı) hərbi qüvvələrə lazimi məhsulları və xidməti vaxtında çatdırmasına şərait yaradır. Vaşinqtonla Bakı arasında vacib, lakin çoxlarına məlum olmayan hərbi əməkdaşlıq faktlarından biri odur ki, yaralı amerikalı hərbiçilərə təcili tibbi yardım lazım olduqda onları Amerika hərbi xəstəxanalarına çatdırmaq üçün Azərbaycanın hava məkanından istifadə olunur.Bu gün Azərbaycan Ermənistanla dondurulmuş münaqişəni sülh yolu ilə həll etməyə çalışır. Prezident İlham Əliyev ərazisinin 20 faizini işğal edən insanlara qarşı nifrət təlqin etmir.Əslində, İlham Əliyevin Dağlıq-Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyi Donald Tramp administrasiyasının Moskva ilə bu məsələyə dair çalışmasına imkan yaradır. Bu isə həm Ermənistanın, həm də Azərbaycanın xeyrinə yarayacaq.Prezident Tramp bir faktı nəzərə almalıdır ki, onun Amerika Birləşmiş Ştatlarından uzaqda Amerikanın tərifinə layiq müttəfiqi mövcuddur. Prezident Tramp həmkarı İlham Əliyevi Ağ Evə dəvət edərək ona öz minnətdarlığını bildirə və Amerikanın ən etibarlı müttəfiqi ilə münasibətlərdə yeni səhifə aça bilər.

Bəxtiyar Abbasov

AzNews.az