Avropa Məhkəməsi Ermənistanı cərimələdi - 50 min avro

Avropa İnsan Hüquqları Məhkəməsi "Muradyan Ermənistana qarşı" işinə görə Sarkisyan hömümətini 50 min avro məbləğində cərimələyib.

AzNews.az Azvision.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan rəsmiləri təsdiq ediblər.

Avropa Məhkəməsinin qərarı erməni hərbçinin qətlininin hüquq-mühafizə orqanları tərəfindən düzgün araşdırılmaması, həmçinin hərbçilərin ailələrinə yardım edilməməsi ilə əlaqədardır.

İş üzrə kəsilən cəriməni Ermənistan hökuməti 2017-ci il mayın 24-dək ödəməlidir.

Xatırladaq ki, 2012-ci ildə Dağlıq Qarabağda ölən erməni hərbçi Suren Muradyanın işi üzrə Avropa Məhkəməsi Ermənistan hökumətinin Muradyan ailəsinə 50 min avro dəyərində kompensasiya verməsi barədə qərar qəbul etmişdi. Məhkəmə qərarına əsasən Ermənistan hüquq-mühafizə orqanları hərbçinin qətlində günahkarların aşkar edilməsi üçün düzgün araşdırma aparmayıb.

Surenin atası Qraç Muradyan Avropa Məhkəməsinə müraciət edərək xidmət vaxtı oğlunun xəstələnməsi və ona lazımı tibbi yardımın göstərilmədiyi haqqında şikayət etmişdi.