- Köhnə - Siyasət
- 5 İyun 2017 23:05
- 8 754
Ərdoğanla Putin arasında telefon danışığı oldu - Qətər məsələsi müzakirə edildi
Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, telefon daışığı zamanı tərəflər Qətər məsələsini,Yaxın şərqdə yaşanan böhranı müzakirə ediblər, Fars körfəzində sülh və sabitliyin qorunması üçün bütün tərəfləri güzəşt əsasında dialoqa çağırıblar.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Yəmən, Birləşmiş Ərəb Əmirlikləri, Liviya və Maldiv də Qətərlə əlaqələri dayandırıblar.
Sözügedən ölkələr Qətəri terrorizmə dəstək verməkdə ittiham edirlər.
Ərəb hökumətləri qətərli diplomatların ölkədən çıxması üçün onlara 48 saat vaxt verib. Bundan başqa, Qətər vətəndaşlarının da bu ölkələrdən çıxması üçün 2 həftə vaxt müəyyən edilib.