- Köhnə - Siyasət
- 21 İyun 2017 14:01
- 5 864
Fransa hökumətində iki gündə ikinci istefa - Ədliyyə naziri istefa verdi

Fransanın ədliyyə naziri Fransua Bayru vəzifəsindən istefa verib.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, nazir kabinetdə gözlənilən dəyişiklikdən bir qədər əvvəl hökuməti tərk etdiyini açıqlayıb.
Nazirin istefası ilə mərkəzçi “Demokratik Hərəkat” partiyasının 3 üzvü yüksək vəzifədən imtina etmiş oldu.
Ötən gün partiyanın daha bir üzvü müdafiə naziri Silvi Qular da vəzifəsindən istefa verib.
Emmanuel Makron prezident seçildikdən sonra “Demokratik Hərəkat” partiyası hakim partiya ilə ittifaq qurub. Hazırda isə bu partiyaya qarşı Avropa Parlamentində qeyri-qanuni işləri ilə əlaqədar istintaq prosesi başladılıb.
Bəxtiyar Abbasov
AzNews.az