“Azərbaycan Dövlət Neft Fondu dünyada mövcud olan neft fondları arasında ən şəffaf fondlardan biridir və Birləşmiş Millətlər Təşkilatının da mükafatına layiq görülüb” “Azərbaycan Dövlət Neft Fondu dünyada mövcud olan neft fondları arasında ən şəffaf fondlardan biridir və Birləşmiş Millətlər Təşkilatının da mükafatına layiq görülüb”

“Türkiyə və Azərbaycan birliyi bölgəyə sabitlik gətirir” – İlham Əliyev

“Azərbaycan Dövlət Neft Fondu dünyada mövcud olan neft fondları arasında ən şəffaf fondlardan biridir və Birləşmiş Millətlər Təşkilatının da mükafatına layiq görülüb”

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində çıxışı zamanı deyib.

"Birinci şərt tam şəffaflıqdır. Neft Fondumuzda yığılan vəsaitlə bağlı məlumatlar mütəmadi qaydada ictimaiyyətə verilir. İkinci məsələ neftdən əldə edilən gəlirlərin düzgün istifadə olunmasıdır. Biz neftdən əldə edilən gəlirləri ilk növbədə infrastruktur layihələrinə yönəltdik. Bu gün biz nəinki nefti, qazı, eləcə də son illərdə tikdirdiyimiz onlarla elektrik stansiyasının istehsal etdiyi enerjini ixrac edirik. Biz sosial infrastruktur layihələrinə, məktəb və xəstəxanaların tikintisinə böyük vəsait ayırmışıq. Yoxsulluqla çox ciddi mübarizə aparırıq. Neft sektoru əslində çox iş yerləri yaradan sektor deyil. Buna baxmayaraq biz neftdən əldə olunan gəlirləri digər sektorlara yönəldərək yoxsulluğu və işsizliyi aşağı səviyyəyə sala bildik və bu gün haradasa 5-6 faiz səviyyəsindədir. Yəni düzgün siyasət və düzgün addımlar nefti həm faydalı edə bilər, həm də bundan ölkələr problemlər görə bilər. Hesab edirəm ki, Azərbaycanın təcrübəsi uğurludur. Bizim ölkəmizə böyük həcmdə xarici sərmayə qoyulur və biz də öz növbəmizdə xarici ölkələrə sərmayələr qoyuruq. Burada birinci yerdə qardaş ölkə Türkiyədir: Türkiyənin enerji sektoruna bu günə qədər 10 milyard dollar sərmayə qoyulub. Növbəti illərdə bu rəqəm təxminən iki dəfə artacaq. Biz sözlə, bu gün enerji təhlükəsizliyi deyəndə bizim icra etdiyimiz layihələr yada düşür”.

Dövlət başçısı vurğulayıb ki, Türkiyə və Azərbaycan birliyi, dostluğu, qardaşlığı təkcə iki ölkənin mənfəətini, uğurlu gələcəyini müəyyən etmir, bunun bölgəyə çox böyük təsiri var: “Bu, bölgəyə sabitlik gətirir, yeni iş yerlərinin yaradılmasına xidmət edir, təhlükəsizlik tədbirlərini gücləndirir və geniş əməkdaşlığa qapılar açır”.

AzNews.az