- Köhnə - Siyasət
- 13 Fevral 2013 16:25
- 1 817
Ramiz Mehdiyev məzuniyyətə çıxıb
Əli Həsənov bildirib ki, administrasiya rəhbəri bu həftənin əvvəlində məzuniyyətə çıxıb və fevralın 15-də işə qayıdacaq: "Ramiz Mehdiyev dörd günlük məzuniyyətdədir".
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bu həftə keçirilən iki mühüm mərasimdə gözə dəyməyib. Fevralın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovla vida mərasimi keçirilib. Prezident İlham Əliyev, baş nazir Artur Rasızadə, nazirlər, deputatlar vida mərasiminə qatılıb. AMEA-nın həqiqi üzvü olan Ramiz Mehdiyev vida mərasimində iştirak etməyib. Fevralın 12-də isə prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib. Baş nazir Artur Rasızadənin, nazirlərin, icra başçılarının iştirakı ilə keçirilən konfransa Ramiz Mehdiyev qatılmayıb.
AzNews.az