- Köhnə - Siyasət
- 11 Sentyabr 2017 10:23
- 4 759
Prezident məktəblərdə qurulan şəraitlə tanış oldu - Fotolar
Prezident İlham Əliyev 239 və 162 nömrəli məktəblərdə əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.
AzNews.az xəbər verir ki, sentyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsindəki 239 nömrəli və 20-ci yaşayış sahəsindəki 162 nömrəli tam orta məktəblərdə əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.


