- Köhnə - Siyasət
- 11 Sentyabr 2017 19:41
- 4 450
ATƏT nümayəndəsi Mehman Əliyevin azadlığa buraxılmasını alqışlayıb
ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Harlem Desir azərbaycanlı jurnalist və media eksperti Mehman Əliyevin həbsdən azad olunmasına dair bəyanat yayıb.
AzNews.az Apa-ya istinadən xəbər verir ki, o bu müsbət addımı alqışladığını bildirib və səlahiyyətli şəxsləri Mehman Əliyevin üzərindən bütün ittihamları götürməyə çağırıb:
“Media azadlığı ofisi məsələni yaxından izləməyə davam edəcək. Biz media azadlığı və jurnalistlərin təhlükəsizliyinin təmin olunmasında Azərbaycana yardım göstərməyə hazırıq”.