- Köhnə - Siyasət
- 11 Sentyabr 2017 21:48
- 6 073
Gürcüstan tərəfi Ukraynaya qayıdan Saakaşviliyə reaksiyası bildirdi
"Saakaşvilinin Ukraynaya qayıdışı qonşu ölkənin daxili işidir."
AzNews.az İnterfax.Ukrayna-ya istinadən xəbər verir ki, bu sözləri Gürcüstan prezidentinin siyasi müşaviri Pikriya Çixradze bildirib.
"Bizim müşahidə etdiyimiz bu siyasi proses qonşu ölkənin daxili işidir. Ukrayna bizim partnyorumuzdur.", - Çixradze jurnalistlərə belə bildirib.
Qeyd edək ki, ötən gün Saakaşvili yüzlərlə tərəfdarının müşayəti ilə "Şegini" sərhəd-keçid məntəqəsi vasitəsilə Ukrayna ərazisinə daxil olub.