Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar ölkədən kənarda 41 seçki məntəqəsi yaradılacaq. Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar ölkədən kənarda 41 seçki məntəqəsi yaradılacaq.

Xaricdə 41 seçki məntəqəsi yaradılacaq - 13 820 seçisi səs verəcək

Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar ölkədən kənarda 41 seçki məntəqəsi yaradılacaq.

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədrinin müavini Natiq Məmmədov bildirib.

MSK-nın iclasında ölkə hüdudlarından kənarda səs verəcək seçicilərin seçici siyahılarına salınması məqsədi ilə 16 saylı Yasamal İkinci və 17 saylı Yasamal Üçüncü Seçki dairələri müəyyən edilib.

Ölkə hüdudlarından kənarda yaradılacaq seçki məntəqələrində 13 min 820 nəfər səs verəcək.

AzNews.az