Böyük Britaniya xarici işlər nazirinin müavini Azərbaycana gələcək

Böyük Britaniya xarici işlər nazirinin müavini, diplomatik xidmətin rəhbəri Saymon Freyzer martın 14-də Azərbaycana gələcək.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, S.Freyzer Bakıya Ermənistan və Gürcüstana səfərlərini başa vurduqdan sonra gələcək.

Regiona səfəri çərçivəsində Böyük Britaniya xarici işlər nazirinin müavini hər üç ölkənin rəsmiləri ilə ikitərəfli əməkdaşlıq, bu ölkələrin Avropa Birliyi ilə əməkdaşlığı, ticarət, energetika və investisiyalar məsələlərini müzakirə edəcək.

Qeyd edək ki, S.Freyzer Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyqin xarici siyasət məsələləri üzrə baş müşaviridir və ölkənin xaricdəki nümayəndəliklərinin fəaliyyətinə cavabdehlik daşıyır.

AzNews.az