Medvedev də səs verdi

Rusiya baş naziri Dmitri Mevedev bu gün ölkədə keçirilən prezident seçkilərində səs verib.

AzNews.az Tass-a istinadən xəbər verir ki, siyasətçi Moskvada Şuvalov gimnaziyasının binasında yerləşən 2760 nömrəli seçki məntəqəsində səs verib.

Onu həyat yoldaşı Svetlana Medvedeva müşayiət edib.

Bu gün səhər saatlarında Vladimir Putin Rusiya Elmlər Akademiyasında yerləşən 2151 saylı seçki məntəqəsinə gələrək səs verib.

Rusiya dövlət başçısı müntəzəm olaraq bu məntəqədə səs verir. O, 2016-cı ildə Dövlət Dumasına deputat və 2017-ci il bələdiyyə seçkilərində də seçimini məhz bu məntəqədə edib.

Rusiya prezidenti postu uğrunda hazırki dövlət başçısı Vladimir Putin daxil olmaqla 8 namizəd mübarizə aparır.