- Köhnə - Siyasət
- 28 Mart 2018 17:02
- 4 532
Mehriban Əliyeva Rusiya səfirliyinə gedib başsağlığı verdi - Fotolar
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 28-də Rusiya Federasiyasının ölkəmizdəki səfirliyində olub.
AzNews.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Rusiyanın Kemerovo şəhərinin ticarət mərkəzində baş vermiş yanğın nəticəsində çoxsaylı insan itkisi ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.

