Azərbaycan-Türkiyə hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olundu - Foto

Ankarada rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 28-də Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Demir ilə görüşüb.

AzNews.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib və hərbi sənaye sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.