Avropada qeyri-qanuni məskunlaşan, heç bir siyasi, jurnalist fəaliyyəti olmayan, amma özlərinə siyasi mühacir donu geyindirən bəzi ünsürlər Avropada, eləcə də Azərbaycanda heç bir mövqeyə sahib deyirlər. Avropada qeyri-qanuni məskunlaşan, heç bir siyasi, jurnalist fəaliyyəti olmayan, amma özlərinə siyasi mühacir donu geyindirən bəzi ünsürlər Avropada, eləcə də Azərbaycanda heç bir mövqeyə sahib deyirlər.

Antimilli "peşkalar" və havadarları...

Avropada qeyri-qanuni məskunlaşan, heç bir siyasi, jurnalist fəaliyyəti olmayan, amma özlərinə siyasi mühacir donu geyindirən bəzi ünsürlər Avropada, eləcə də Azərbaycanda heç bir mövqeyə sahib deyirlər.

Orduxan Teymurxan, Vidadi İsgəndərli, Tural Sadıqlı və Məhəmməd Mirzəli kimi Azərbaycan əleyhinə çirkin kampaniya aparan bu şəxslərin dediklərinin cəmiyyətdə heç bir təsiri yoxdur. Çünki küçə süyüşləri ilə danışan, heç bir fakta əsasalnmayan, böhtan dolu çıxışlar edən bu insanların nə özləri, nə də fikirləri ciddi qəbul olunur.

Haqlı olaraq, ölkəmizin ictimai, siyasi və mədəniyyət xadimləri Azərbaycan dövlətinə, Azərbaycan xalqına və ən nəhayət, Azərbaycan prezidentinə qarşı apardıqları bu çirkin kampaniyalara qarşı öz kəskin mövqeyini ortaya qoyur. Şübhə yoxdur ki, həmin şəxslərin fəaliyyətini yalnız bir-iki nəfər dəstəkləyir ki, onların da bu işi həyata keçirməkdə müəyyən maraqları var. Bu nadanlar daha çox sosial şəbəkələrdə aktiv olurlar. Ancaq onların bu səyləri də heç bir nəticə vermir. Çünki daxilində Vətən sevgisi olan hər bir sosial şəbəkə istifadəçisi anındaca onların cavabını verir və yerlərini göstərir.

Beyinləri manqurtlaşdırılmış bu gəncləri hərəkətə gətirənlər əllərində bir fakt, obyektiv bir ittiham olmadığı üçün artıq “söyüş layihəsi”nə start veriblər. Erməni lobbisi ilə bərabər, sapı özümüzdən olan "baltalar"ın da bu prosesdə necə fəal iştirak etdiyi açıq-aydın görünür. Məqsəd bəllidir, vaxtilə öz yarıtmazlıqları ucbatından şəxsi maraqlarına qurban gedərək dövlətdən, onun prezidentindən “qisas” almağa çalışırlar. Gözləri o qədər qapanıb ki, artıq milləti, cəmiyyəti təhqir etməkdən belə çəkinmirlər. Öz mənəviyyatlarına uyğun olaraq unitaza, zibil qablarına və digər xoşagəlməz yerlərə şəkil yapışdıran sadə icraçıları – Orduxan Temirxan, Məhəmməd Mirzəli, Tural Sadıqlı və digər bu kimi ünsürlərdir. Onları istiqamətləndirən və maliyyələşdirən İsa Sadikov, Elşad Abdullayev, Arif Məmmədov, Vidadi İsgəndərli kimiləri isə daha “avtoritetli” təbəqə hesab olunurlar. Amma sözsüz ki, onlar da kənardan idarə olunan “peşkalardır”.

Son günlərdə artıq sifarişçilər, əslində isə “söyüş layihəsinin” əsl müəllifləri üzə çıxmağa başlayıb. Bu barədə mətbuatda xeyli şərhlər yazılıb. Amma daha çox diqqət çəkən məqam isə erməni lobbisi ilə bərabər, bu prosesin başında duran şəxsin 2013-cü il prezident seçkiləri dövründə İlham Əliyevə qarşı yaradılan “milyarderlər ittifaqı”nın ideya müəllifi, baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun olmasıdır. Onun hazırda Azərbaycana qarşı həyata keçirilən “söyüş layihəsinin” sifarişçisi, maliyyə mənbəyi rolunda çıxış etdiyi və bu xain layihənin “generalı” olduğuna dair faktlar var.

Xatırlayırsınızsa, 2013-cü il prezident seçkilərindən öncə “AzərRos”un rəhbəri olan A.Abbasov Moskvada tələm-tələsik Moskva azərbaycanlılarının birliyini - “Milyarderlər ittifaqı”nı yaratmışdı. Bəzi Azərbaycan milyonçularını başına toplayan A.Abbasovun məqsədinin heç də güclü diaspora yaratmaq olmadığı tezliklə üzə çıxdı. Sabiq vitse-primyer Kremlin dəstəyindən ürəklənərək Azərbaycan hakimiyyətinə qarşı bəyanatlar verməyə, hətta Bakını hədələməyə cəsarətləndi. Bakıda Milli Şura quraraq ən yaxın adamı hesab olunan Rüstəm İbrahimbəyovun müxalifətin namizədi olmasına nail oldu. Həmin vaxt Moskvadakı və Bakıdakı tərəfdarlarını “yeni plan” üçün başına toplamaq işinə girişmişdi. O, oğlunun mandatını itirməsindən sonra bütün ailəsini Bakıdan çıxardı. Hətta 2018-ci ildə mütləq Azərbaycana qayıdacağı və seçkilərdə iştirak edəcəyi mesajını verdi.

Bu gün isə Azərbaycana gəlməyə özündə cəsarət tapmayan A.Abbasov antimilli hissinə məğlub olaraq sözügedən çirkin kampaniyaya hər cür dəstək olmağa çalışır. Onun xisləti də buna tam imkan verir. Mediada baş nazirin keçmiş müavininin xoşuna gəlməyən adamlarla müxtəlif kriminal vasitəsilə haqq-hesab çürütdüyü, bu məqsədlə bəzi kriminal dairələrin imkanlarından geniş yararlandığına dair xeyli material dərc edilib. Bu yazılarda onun bəzi insanlara qarşı tətbiq etdiyi üsulları şəxsiyyətə qarşı əsl terror kimi də qələmə verilir…

Düzdür, media mənsubları, ayrı-ayrı ictimai-siyasi fəallar bu məsələyə münasibətlərini konkret şəkildə ifadə ediblər. Qeyri-sağlam qüvvələrin daşı ətəyindən tökmələri üçün çağırışlar olub. Amma dövlətimizin imicini zədələyən söyüşcül dəstəni susdurmaq üçün diaspor təşkilatarımız ciddi səy göstərməlidir. İstər xaricdə təhsil alan, o cümlədən orada yaşayan azərbaycanlılar bu məsələyə öz kəskin münasibətini bildirməlidir.

AzNews.az