- Köhnə - Siyasət
- 29 Mart 2018 20:10
- 5 203
Bu, Ermənistan XİN-nin növbəti uydurmasıdır" - Hikmət Hacıyev
Ermənistan Azərbaycan tərəfinin bəyanatına cavab olaraq qeyri-ciddi addım atıb.
AzNews.az APA-a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev danışıb.
O qeyd edib ki, Ermənistan tərəfi qeyri-qanuni, riyakar və təxribatçı vasitəyə əl ataraq, Ermənistanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən yayılan məktubun alt əlavələrindən biri kimi "qondarma rejim"in təqdim etdiyi kağız parçasını əlavə edib.
H. Hacıyev bildirib ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyivə Baş Prokurorluğunun Sumqayıt hadisələri ilə əlaqədar beynəlxalq ictimaiyyətə təqdim etdiyi və təkzibolunmaz faktlara əsaslanan bəyanatına cavab olaraq Ermənistan tərəfi bu qeyri-ciddi və gülünc doğuran addıma əl atıb. Onun sözlərinə görə, Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi davamlı surətdə Ermənistanın bu kimi yalanlarını ifşa edir, BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasına Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalını beynəlxalq hüquq baxımdan əsaslandıran tutarlı sənədlər təqdim edir.