Azərbaycanlı ekspert AŞ-da bu qrupa üzv seçildi

Azərbaycanlı iqtisadçı ekpsert Samir Əliyev Avropa Şurasının Yerli Özünüidarəyə Dair Avropa Xartiyasının Müstəqil Ekspert Qrupuna tam hüquqlu üzv seçilib.

AzNews.az xəbər verir ki, bu barədə məlumat bu gün Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin baş katibi Andreas Kiefer tərəfindən iqtisadçıya göndərilən rəsmi məktubda yer alıb.

Məktubda iqtisadçının Konqresin üç komitəsinin rəhbərliyinin rəyi əsasında Yerli Özünüidarəyə Dair Avropa Xartiyasının Müstəqil Ekspert Qrupuna tam hüquqlu üzv seçildiyi qeyd olunub.

Qeyd edək ki, iqtisadçı Samir Əliyev 5 il müddətinə Ekspert Qrupunda Azərbaycanı təmsil edəcək və Avropa Xartiyasının ölkəmizdə tətbiqi səviyyəsini qiymətləndirəcək.