Çindən tarixi görüşə münasibət

Çin Xarici İşlər Nazirliyi Şimali Koreya lideri Kim Çen İn və Cənubi Koreya prezidenti Mun Çjenin iki ölkə sərhədindəki Pxanmuncom atəşkəs kəndində baş tutan tarixi görüşünü yüksək qiymətləndirib.

AzNews.az xəbər verir ki, Nazirlik sözçüsü Hua Chunjinq paytaxt Pekində təşkil edilən müntəzəm mətbuat konfransında Kim və Munun Pxanmuncomdakı hərbi demarkasiya xəttində əl sıxmasını tarixi bir an olaraq dəyərləndirib.

"Biz Cənubi Koreya və Şimali Koreya liderlərinin atdığı bu tarixi addımı alqışlayırıq", - deyə Hua bildirib ki, iki liderin cəsarətini və siyasi qərarlarını yüksək qiymətləndirirlər.