“Deyəsən, qanun layihəsi o qədər mükəmməldir ki, heç kim çıxış etmək istəmir” - Ziyafət Əsgərov

“Ətraf mühitə təsinin qiymətləndirilməsi haqqında” qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.

“Ölkə.Az” xəbər verir ki, qanun layihəsi barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Kamran Nəbizadə məlumat verib.

Millət vəkili qanunda dövlətin bu sahədə hüquq və vəzifələri, Strateji ekoloji qiymətləndirmənin aparılması, Ətraf mühitə təsinin qiymətləndirilməsində bələdiyyələrin vəzifələri və digər məqamlar barədə danışıb.
Qanun layihəsinə münasibət bildirən millət vəkili Eldar İbrahimov qanunun müzakirəsində beynəlxalq ekspertlər iştirak etdiyini və yüksək səviyyədə hazırlandığını deyib.

Qanun layihəsi birinci oxunuşda təqdim edilsə də, millət vəkilləri arasında çıxış üçün yazılan olmayıb. Birinci vitse-spiker Ziyafət Əsgərov bunu qanun çox mükəmməl hazırlanması ilə əlaqələndirib:

“Deyəsən, qanun layihəsi o qədər mükəmməldir ki, heç kim çıxış etmək istəmir”.
Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

AzNews.az