Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Küveyt əmiri İlham Əliyevə məktub göndərdi

Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzNews.az xəbər verir ki, təbrik mətnində deyilir:

"Zati-aliləri.

Dost Azərbaycanın Milli Bayramı münasibətilə Zati-alinizə böyük məmnunluq hissi ilə ən xoş təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin daha da inkişaf etməsini arzulayıram.

Zati-alinizə cansağlığı və səadət, dost ölkənizə və onun xalqına davamlı tərəqqi və rifah diləyirəm.

Sizə olan yüksək ehtiramımı qəbul edin".