Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti yaz sessiyası aprelin 22-26-da Strasburqda keçiriləcək. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti yaz sessiyası aprelin 22-26-da Strasburqda keçiriləcək.

AŞPA-nın yaz sessiyasının gündəliyi açıqlanıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti yaz sessiyası aprelin 22-26-da Strasburqda keçiriləcək.



APA-nın məlumatına görə, ilkin gündəliyinə əsasən, sessiyada Azərbaycanla bağlı məsələlərin müzakirəsi nəzərdə tutulmur.

Gündəliyə Ermənistanda keçirilmiş prezident seçkiləri, Türkiyə ilə postmonitorinq dialoqu, gənclərin fundamental hüquqlar əldə etməsi və s. məsələlər daxil edilib.

Sessiya çərçivəsində Avropa Şurasının insan haqları üzrə komissarının öz fəaliyyəti haqqında illik hesabatını təqdim etməsi, Almaniya prezidenti və Gürcüstan baş nazirinin çıxışları nəzərdə tutulur.

AzNews.az