“GƏNCLƏRİ BU CÜR AŞAĞILAMAQ ETİKADAN KƏNARDIR” “GƏNCLƏRİ BU CÜR AŞAĞILAMAQ ETİKADAN KƏNARDIR”

Eldar Namazov Hikmət Hacızadəni etikaya dəvət etdi

“GƏNCLƏRİ BU CÜR AŞAĞILAMAQ ETİKADAN KƏNARDIR”




"Hikmət Hacızadənin "El" hərəkatı və gənclərlə bağlı dedikləri fikirləri bölüşmürəm". Bu sözləri AzNews.az-a "El" hərəkatının rəhbəri Eldar Namazov bildirdi:

"Hikmət Hacızadə bu sözləri təkcə "El"lə bağlı deyil, ümumi müxalifət baxımından deyib. Müəyyən mənalarda Hikmət bəylə razılaşmaq olardı. Ancaq onun pessimizmini qəbul etmirəm. Bu gun gənclər cox aktivdir. Həbsə alınsalar da, Hikmət bəyin dediyi kimi sınmayıblar, əksinə mövqelərini daha konkretlkəşdiriblər. Həbsə alınan gənclərin yazdığı məktublar bunu göstərir. Gənclər bizə təkliflərini göndərirlər. Belə gəncləri bu cür aşağılamaq hətta etikadan kənardır. Biz hərəkatla bağlı rayanlarda olan insanlarla söhbətimizdən əmin olduq ki, camaat dəyişiklik istəyir. Artıq "El" hərəkatının bölgələrdə 50-dən çox şöbəsi fəaliyyət göstərməyə başlayıb. AXCP və Müsavatın üzvləri ilə bölgələrdə yaxından əməkdaşlıq edirik. Cəmiyyətdə böyük bir canlanma var. Əksəriyyət dəyişilik istəyir və prossesə qoşulurlar".

Eldar Namazov may ayının 12-də "El" hərəkatının umumrespublika konftransının keçiriləcəyini dedi: "Konfransda rayan və şəhər şöbələrimizin üzvləri iştirak edəcək. Bu da bizim qısa müddətdə ortaya qoyduğumuz işdir".

Qeyd edək politoloq Hikmət Hacızadə verdiyi müsahibədə "Azərbaycanda nə EL hərəkatı var, nə müxalifət" fikri müxalifət düşərgəsində birmənalı qarşılanmayıb. Xüsusi ilə də Hikmət Hacızadənin "El" hərəkatı ilə bağlı dedikləri maraq doğurmaya bilməz:

"El" hərəkatı elan olunanda cəmiyyətə proqram təqdim etmişdi. Orada xeyli hay-küylü cümlələrlə yazılırdı ki, bütün demokratik qüvvələrin birliyinə nail olacağıq, xalqı öz haqların uğrunda mübarizəyə qaldıracağıq, ölkədə sivil yolla demokratik dəyişikliklərə nail olacağıq. Hanı? Mən onların hərəkətlərində ardıcıllıq görmürəm. Bakının mərkəzində bir ofisdə yerləşdilər, sonra o ofisi polis boşaltdı. Ardınca Novxanıya getdilər, orda da polis onları içəri buraxmadı. Hanı hərəkat, hanı birləşdirmə meylləri, hanı xalq? Yoxdur. Hərəkat o deməkdir ki, onu geniş xalq kütlələri dəstəkləyir. Əgər onlar doğrudan da hərəkat olsaydılar biz o xalqı, onun hərəkətlərini artıq görməli idik, indi Bakıda, bölgələrdə insanlar müxtəlif tələblərlə küçələr axışmalı idi".

Nazim
AzNews.az