- Köhnə - Siyasət
- 30 Aprel 2013 10:23
- 2 191
“Azərbaycanla İranı dərin köklər bağlayır“
Azəraycan respublikasının Prezident aparatının sədri İran İslam Şurası Məclisinin sədri ilə görüşünübn təfərrüatları bəlli olub.
İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Azərbaycan Respublikası prezident aparatının rəhbəri ilə görüşündə bildirib ki, Azərbaycan Respublikasının sabitliyi, suverenliyi və müstəqilliyinin mühafizəsi bu ölkə xalqının səadət və tərəqqisi İranın həmişəki arzusudur.
Əli Laricani Azərbaycan Respublikası ilə İran arasındakı tarixi və mədəni bağlılıqlara toxunaraq qeyd edib ki, biz AR xalqı ilə dostluqda möhkəmik:
"İran qarşılıqlı hörmət və ortaq mənafe çərçivəsində iki ölkə arasında əlaqələr və əməkdaşlıqların daha da genişləndirilməsini dəstəkləyir. Region ölkələri öz problemlərini bir-birləri ilə yaxın əməkdaşlıq yolu ilə həll etməyə tamamilə qadirdirlər. Bu istiqamətdə İİR Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hazır olduğunu bir daha vurğulayır".
Bu görüşün davamında AR PA-nın rəhbəri Ramiz Mehdiyev Tehrana səfərindən razı qaldığını bildirərək İİR-nı AR-nin dostu və qardaşı adlandırıb: "Azərbaycan Respublikası və İran xalqlarını dərin tarixi köklər bir-birinə bağlayır və AR-nin tarixi İranın ümumi tarixinin önəmli bir hissəsi hesab olur. Tarixi, mədəni, dini və coğrafi ortaqlıqlar, böyük potensiallar və mənafelərlə birgə qarşılıqlı münasibətlərin daha da genişləndirilməsinə əlverişli zəmin yaradıb və bu zəminlərdən faydalanmaq lazımdır.İki ölkənin dinc qonşuluq münasibətlərindən kənar bəzi ölkələr iki müsəlman qonşu ölkənin dost əlaqələrini əngəlləməyə cəhd göstərirlər. Onları kənarlaşdırmaq və iki ölkə arasındakı dostluq münasibətlərini daha da möhkəmləndirməyi düşünmək lazımdır."
AzNews.az