Milli Şura mətbu orqan açır - Açıqlama

Qurumun növbəti sessiyasında bu məsələ müzakirə olunacaq


Milli Şura seçki ərəfəsində özünə mətbuat orqan açmağı planlaşdırır. AzNews.az-ın əldə etdiyi məlumata görə, qurumun növbəti sessiyalarından birində bu məsələ müzakirə çıxarılacaq. Hazırda isə bu istiqamətdə MŞ-in əsas fiqurları arasında danışıqlar gedir. Əldə etdiyimiz məlumata görə, əsas maneə kimi görünən maliyyə məsələsi həll edildikdən sonra Milli Şuranın hansı mətbuat sferasına istiqamət alacağı məlum olacaq.

Milli Şuranın üzvü Köçəri Nağıbəyli məslə ilə bağlı AzNews.az-a açıqlamasında bu məlumatı dolayısı ilə təsdiqləyib. O bildirib ki, həqiqətən də Milli Şuranın növbəti – 3-cü sessiyasında bu məsələ müzakirəyə çıxarılacaq: "Mətbuatla bağlı məsələlər Milli Şuranın 3-cü sessiyasında müzakirəyə çıxarılacaq və rəsmiləşdiriləcək".

K.Nağıbəyli əlavə edib ki, Milli Şuranın mətbuat mütəmadi işləyən qurumunun yaradılması nəzərdə tutulub: "Milli Şuranın tərkibində mətbuat xidməti və analitik informasiya şöbəsinin yaradılması nəzərdə tutulub. Yəni qəzet, sayt, və ya başqa hansısa bir formada mətbuat orqanın təsis edilməsi də bu zaman açıqlanacaq".

Qeyd edək ki, Milli Şuranın qeyd olunan qurumuna "Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevin rəhbər təyin olunacağı gözlənilir.

Bahar Rüstəmli
AzNews.az