“İbrahimbəyov seçkidə iştirak etmək istəmir” – Adil İsmayılov

Tanınmış vəkil Rüstəm İbrahimbəyovun yalanını çıxardı


"Milli Şuranın vahid namizədi kimi Rüstəm İbrahimbəyova "stavka" edənlər və onun Azərbaycana gələcəyinə inananlar yanılır. Şəxsən məndə belə fikir formalaşıb ki, İbrahimbəyov nə Azərbaycana gəlmək, nə də prezident seçkisində iştirak etmək istəyir".

AzNews.az-ın məlumatına görə, bu sözləri tanlnmış vəkil Adil İsmayılov deyib. O bildirib ki, R.İbrahimbəyovun Rusiya vətəndaşlığı səbəbdən çox bəhanədir: "Rusiya vətəndaşlığı ilə bağlı İbrahimbəyovun dediklərini təhlil etmək belə nəticəyə gəlməyə əsas verir. Mən hüquqşünas kimi vətəndaşlıq məsələləri ilə əlaqədar Rusiya qanunvericiliyini araşdırdım və Rusiyadan olan tanış vəkillərlə danışdım. Vətəndaşlıqdan çıxmaq üçün şəxsin Rusiyada olmasına heç bir ehtiyac yoxdur".

A.İsmayılovun sözlərinə görə, İbrahimbəyovun Rusiyada vergi və digər orqanlarla hər hansı problemi olsaydı, o, Rusiya ərazisində sərbəst hərəkət edə və oranı sərbəst tərk edə bilməzdi.

Qeyd edək ki, R.İbrahimbəyov Azərbaycana gəlməməsinin səbəbini belə açıqlamışdı: "Rusiya vətəndaşlığından məhrum edilməyim mənim özümün də bu prosesdə fəal iştirakımı tələb edir. Ona görə də Bakıya yalnız bu məsələ həll ediləndən sonra qayıdacağam. Hələliksə bu məsələ mənim Azərbaycandan kənarda olmağımı tələb edir. Dəfələrlə demişəm ki, bütün bu prosedur məsələlərin həlli mənim iştirakım olmadan mümkün deyil".

Anar