“Onun səfərində iştirakı əsas məsələ deyil” “Onun səfərində iştirakı əsas məsələ deyil”

AXCP-dən İbrahimbəyovun Londona getməməsinə - REAKSİYA

“Onun səfərində iştirakı əsas məsələ deyil”



"London səfərində Milli Şuranın vahid namizədi kimi Cəmil Həsənli və icra aparatının rəhbəri kimi Eldar Namazov qurumu layiqincə təmsil edir, Milli Şuranın seçkilərlə bağlı mövqeyini ifadə edirlər. Bu baxımdan Rüstəm İbrahimbəyovun da London səfərində iştirakı əsas məsələ deyil. Görünür, onun fəaliyyəti, iş qrafiki London səfərində iştirakına imkan verməyib".

Bu sözləri AzNews.az-a açıqlamasında Milli Şuranın üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib. O, Milli Şuranın sədri R.İbrahimbəyovun qurumun London səfərinə qatılmaqdan imtina etməsinə münasibət bildirib.

F.Qəhrəmanlı deyib ki, C.Həsənli və E.Namazov Milli Şuranı təmsil etmək hüququna malikdir və R.İbrahimbəyovun bu səfərdə iştirak etməməsi heç bir problem yaratmır.

Anar
AzNews.az