Əvəz Temirxan Milli Şuradan istefa verdi

Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan Milli Şuradan istefa verib.


AzNews.az xəbər verir ki, o, bu barədə qərarını Milli Şuranın bu gün keçirilən sessiyasında açıqlayıb. Ə. Temirxan təklif edib ki, ALP lideri LaLə Şövkətin Milli Şuradan istefası ilə bağlı məsələ təşkilatı məsələlər sırasından çıxarılsın.

Milli Şuranın vahid namizədi Cəmil Həsənli isə deyib ki, müxtəlif adamlar Milli Şurada olmadıqları ilə bağlı bəyanatlarla çıxış edirlər: "Biz də burda onların istefasını qoyuruq və qeydiyyatdan çıxarırıq. Biz nəinki Lalə Şövkət, istefa vermiş digər şəxslər haqqında da müzakirə açmaq niyyətində deyilik. Lakin bizim borcumuzdur ki, istefa faktını təsdiq edib.

Ə. Temirxan isə onun bu sözlərinə etiraz edib, nəticədə mübahisə yaranıb. O bildirib ki, Milli Şuradakı daxili düşmənçilik səbəbindən Lalə Şövkət istefa verib. ALP sədri də istefa verdiyini elan edərək sessiyanı yarımçıq tərk edib. 

Qeyd edək ki, ALP lideri Lalə Şövkət prezident seçkiləri ərəfəsindən Milli Şuradan istefa verib. 

AzNews.az