Asəf Quliyev AXCP-dən getməyinin səbəblərini açıqlayacaq

Sabiq AXCP funksionerinin yaratdığı "Xalq Arzusu" hərəkatının təsis yığıncağının vaxtı bəlli olub.


AXCP sədrinin keçmiş müavini, hərəkatın təsisçisi Asəf Quliyev AzNews.az-a verdiyi məlumata görə, hərəkatın təsis yığıncağı dekabrın 1-də keçiriləcək.

O, tədbirin ADP-nin qərargahında keçiriləcəyini də söyləyib: "Təsis yığıncağında AXCP-dən çıxmağımın səbəbləri və hərəkatın fəaliyyət istiqamətləri haqda açıqlama verəcəyəm."

A.Quliyev qeyd edib ki, XAH-ın təsis yığıncağına müxalifət düşərgəsindən nümayəndələr dəvət etmək fikrində deyil.

Bahar Rüstəmli
AzNews.az