ABŞ senatoru İlham Əliyevə məktub yazdı

ABŞ senatoru Mayk Krapo da Azərbaycan prezidenti İlham Əliyevi ad günü münasibəti ilə təbrik edib. Təbrik məktubunda deyilir:



"Hörmətli cənab Prezident,
Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaq istərdim.
Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində Sizin böyük xidmətləriniz vardır. Biz bunu yüksək qiymətləndiririk. Xalqlarımızın və ölkələrimizin dostluq münasibətləri Sizin prezidentliyiniz dövründə daha da güclənib. Əminik ki, qarşıdakı illərdə də ABŞ ilə Azərbaycan arasında əlaqələri dərinləşdirmək üçün Sizinlə birgə işləyəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və daha böyük uğurlar diləyirəm".

AzNews.az