Əvəz Temirxan: “Düşmən ölkəyə müraciət qınanmalıdır”


"Bütün hallarda düşmən ölkəyə sığınacaq almaq məqsədilə müraciət qınanmalıdır".


Bunu AzNews.az-a Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan deyib. Onun sölərinə görə, Ermənistana üz tutan ailə sığınacaq almaq üçün başqa ölkəyə də üz tuta bilərdi:

"Azərbaycanda ədalətsizliklər var. Amma, bu ədalətsizliklərə məruz qalmamaq üçün üçüncü ölkəyə gedə və ya sığınacaq almaq üçün müraciət edə bilərdilər. İnsanları bu həddə gətirib çıxarmaq lazım deyil".

Xatırladaq ki, azərbaycanlı Cavid Orucov öz ailəsi ilə birlikdə Gürcüstana, oradan isə Ermənistana gedərək sığınacaq almaq istədiyini deyib.

Bahar Rüstəmli
AzNews.az