“Ramil Səfərovun azad edilməsi siyasi qərardır”

Avropa Parlamentindən də mövqe gəldi
Avropa parlamentinin prezidenti Martin Şulz Ramil Səfərovun azad edilməsi ilə bağlı açıqlama verib.

AzNews.az-ın armenpress.am saytına istinadən verdiyi məlumata görə, Şulz Ramil Səfərovun azad edilməsini siyasi qərar adlandırıb. O, həmçinin qeyd edib ki, tərəflər bölgədə gərginliyi artıran addımlardan yayınmalıdırlar.

Qeyd edək ki, Avropa liderləri Ramil Səfərovun azad edilməsi ilə bağlı məsələyə münasibət bildirərkən nədənsə "Xocalı" soyqırımı və digər erməni vəhşiliklərini görməzdən gəlirlər.

Sadiq
AzNews.az