İlham Əliyevlə Ərdoğan mətbuat konfransı keçirdi - Video

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuat konfransı keçiriblər.



Axar.az xəbər verir ki, İlham Əliyev çıxışında türkiyəli həmkarını prezident seçilməsi münasibətilə təbrik edib.

Azərbaycan prezidenti Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin ən yüksək səviyyədə olduğunu deyib: "Bizim əlaqələrimiz dostluq, qardaşlıq üzərində qurulub. Bu möhkəm təməl üzərində bu gün dostluğumuzun, qardaşlığımızın gözəl binasını inşa edirik. Siyasi əlaqələr günü-gündən genişlənir, biz beynəlxalq təşkilatlarda bir-birimizə daim dəstək veririk, xarici siyasətlə bağlı məsləhətləşmələr aparılır və fürsətdən istifadə edərək Türkiyə dövlətinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində göstərdiyi səylərə görə və Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyi üçün minnətdarlığımı bildirmək istəyirəm".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz növbəsində İlham Əliyevə təşəkkürünü bildirib: "Dəyərli qardaşım İlham Əliyevə təşəkkürümü bildirirəm. Avqustun 28-də təhvil-təslim mərasimindən sonra Azərbaycana etdiyimiz səfərin həm ikili olaraq aramızda apardığımız müzakirələr, həm də apardığımız heyətlərarası müzakirələrlə ticarət-iqtisadi, mədəni, təhsil, xarici siyasət məsələlərini geniş dəyərləndirmə fürsətimiz oldu. Təbii ki, qardaşlığımızın ən zirvə mövzusu məlum Dağlıq Qarabağ məsələsidir və bunu yenə gündəmimizin ən önəmli maddəsi olaraq müzakirə etdik. Bu məsələdə bundan sonra atacağımız addımları aramızda müzakirə etdik".



AzNews.az