Müsavat partiyasının qurultayına, yeni başqan seçiminə az vaxt qalır. Müsavat partiyasının qurultayına, yeni başqan seçiminə az vaxt qalır.

Rəsulzadənin nəvəsi Müsavatda kimi dəstəkləyir? - Açıqlama

Müsavat partiyasının qurultayına, yeni başqan seçiminə az vaxt qalır.

Bu partiyanın ilk qurucusu olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə görəsən, başqan seçimində namizədlərdən kimi dəstəkləyir?

Bununla bağlı AzNews.az-ın suallarını cavablandıran R.Rəsulzadə bildirib ki, siyasət adamı olmadığından bu barədə fikir söyləmək istəmir: "Mən siyasət adamı deyiləm. Bu sahədən kənaram. Ona görə də Müsavat partiyasının qurultayı və başqan seçimi ilə bağlı heç nə deyə bilmərəm".

Qurultayda iştirak edib-etməyəcəyinə gəlincə R.Rəsuladə bildirib ki, bu barədə dəqiq fikir söyləyə bilməz: "Hələ bilmirəm".

R.Rəsulzadə səhhətilə bağlı da məlumat verib: "Səhhətim yaxşıdır, özümü babat hiss edirəm. Oktyabrda yenə müayinə olunmalıyam".

Qeyd edək ki, Rəis Rəsulzadə Almaniyadakı "Şarite" hospitalında əməliyyat olunub.

Bahar Rüstəmli
AzNews.az